Tramp səfirliyə hücuma görə İranı ittiham edib

   Tramp səfirliyə hücuma görə İranı ittiham edib
  31 Dekabr 2019    Oxunub:2745
ABŞ prezidenti Donald Tramp etirazçıların İraqdakı səfirliyi zəbt etməsinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, Tramp “Twitter” səhifəsindəki paylaşımında baş verənlərə görə İranı ittiham edib.

Bildirib ki, İran İraqda bir amerikalı mühəndisi öldürüb, çox sayda yaralı var: "İranın İraqdakı bu addımına sərt reaksiya verilib. Hər zaman da belə sərt reaksiya veriləcək. İran indi ABŞ-ın İraqdakı səfirliyinə hücum təşkil edir. Bu hücuma görə İran məsuliyyət daşıyacaq. İraq təhlükəsizlik qüvvələrinin ABŞ səfirliyini qorumasını gözləyirik”.

Qeyd edək ki, ABŞ-ın ötən gün Hizbullaha qarşı həyata keçirdiyi əməliyyata etiraz edən "Haşdi Şabi" tərəfdarları səfirlik binasını ələ keçirib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Tramp   İraq   İran  





Xəbər lenti