İraqda etirazçılar ABŞ səfirliyini ələ keçirib - FOTOLAR+VİDEO

İraqda etirazçılar ABŞ səfirliyini ələ keçirib   - FOTOLAR+VİDEO
  31 Dekabr 2019    Oxunub:5063
İraqda bir qrup etirazçı ABŞ-ın bu ölkədəki səfriliyinə daxil olub.
Azvision.az xəbər verir ki, nümayişçilər səfirlik binasında yanğın törədiblər.






***
(13:32)

İraqda "Haşdi Şabi" qruplaşmasının tərəfdarları ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirir.

Azvision.az xəbər verir ki, etirazçılar səfirlik binasına daxil olmağa cəhd edirlər.

ABŞ-ın ötən gün Hizbullaha qarşı həyata keçirdiyi əməliyyata etiraz edən "Haşdi Şabi" tərəfdarları səfirlik binası qarşısında çadırlar qurmağa başlayıblar. Yerli mətbuatın yaydığı məlumata görə, amerikalı diplomatlar etirazçılar əraziyə daxil olmazdan öncə səfirlik binasını tərk ediblər.

Kənan Məmmədov
Azvision.az


Teqlər: İraq   Səfirlik   ABŞ  





Xəbər lenti