Avropa İttifaqı ABŞ-ın sanksiyalarına qarşı çıxdı

  28 Dekabr 2019    Oxunub : 1923
Avropa İttifaqı ABŞ-ın sanksiyalarına qarşı çıxdı
Avropa Komissiyasının yeni prezidenti Ursula fon der Leyen ABŞ-ın "Şimal axını-2" qaz kəmərinin inşasında iştirak edən şirkətlərə qarşı tətbiq etdiyi sanksiyaların əleyhinədir.
Azvision.az xəbər verir ki, xanım komissar “Der Spiegel”ə açıqlamasında Vaşinqtonun Avropa şirkətlərinə tətbiq etdiyi sanksiyaları Brüsselin rədd etdiyini deyib. Onun sözlərinə görə, avropalı podratçılar layihədə qanuni şəkildə iştirak edirlər.

Xatırladaq ki, “Şimal axını 2” və “Türk axını” layihələrində iştirak edən şirkətlərə qarşı cəzalar ABŞ-ın 2020-ci il üçün müdafiə büdcəsində təsbit edilib. Sanksiyalara bu şirkətlərin nümayəndələrinin ABŞ-a giriş qadağası, həmçinin onların ABŞ-da aktivlərinin dondurulması daxildir.

Sanksiyalar dekabrın 21-də qüvvəyə minib, ertəsi gün İsveçrə şirkəti “Allseas” boru kəmərinin çəkilməsində iştirakını dayandırıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Sanksiya