Qazaxıstanın Bakıdakı səfirliyində bayraqlar endiriləcək

 Qazaxıstanın Bakıdakı səfirliyində bayraqlar endiriləcək
  27 Dekabr 2019    Oxunub:3012
Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə əlaqədar sabah bu ölkənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endiriləcək.
Bu barədə Azvision.az -a Qazaxıstanın Bakıdakı səfirliyindən məlumat verilib. Bildirilib ki, Prezident Kasım-Jomart Tokayevin göstərişi ilə dekabrın 28-i Qazaxıstanda milli matəm günü elan edilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Almatı-Nur-Sultan istiqamətində uçan təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 66 nəfər xəsarət alıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qazaxıstan   Səfirlik   Matəm  





Xəbər lenti