Tramp “Evdə tək” filminə görə Baş Nazirlə mübahisə edib

Tramp “Evdə tək” filminə görə Baş Nazirlə mübahisə edib
  27 Dekabr 2019    Oxunub:4424
“Evdə tək” filmi ABŞ və Kanada arasında siyasi qalmaqala səbəb olub.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp filmdə onun çəkildiyi səhnənin kəsilməsinə görə Kanadanın Baş Naziri Castin Trüdoya əsəbiləşib.
"Evdə tək - Nyu Yorkda itmək" filminin Kanada versiyasında Amerika liderinin göründüyü epizod tamamilə çıxarılıb. Tramp buna səssiz qalmayıb və nəticədə Baş Nazirlə mübahisəsi yaranıb.

"Film heç vaxt əvvəlki olmayacaq. Güman edirəm ki, Castin onu NATO və ticarət üçün pul ödəməyə məcbur etdiyimi xoşlamır”, - Tramp deyib.

Televiziya kanalından isə senzura efir vaxtının az olması ilə izah edilib. Hansı ki, bu da inandırıcı deyil, çünki Trampın olduğu səhnə yalnız 30 saniyədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti