Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi

Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi
  27 Dekabr 2019    Oxunub:2222
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) təyyarə qəzası ilə bağlı Qazaxıstana başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində məlumat yerləşdirilib.

“Almatı - Nur-Sultan reysi üzrə uçan təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə əlaqədar başsağlığı veririk. Qardaş Qazaxıstan xalqının kədərini bölüşürük”, - deyə qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan   XİN   Başsağlığı  





Xəbər lenti