Qazaxıstanda milli matəm elan edilib

 Qazaxıstanda milli matəm elan edilib
  27 Dekabr 2019    Oxunub:3182
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 28 dekabr tarixini ölkədə milli matəm günü elan edib.
Azvision.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib.

“Almatı yaxınlığındakı insan itkisi ilə nəticələnən təyyarə qəzası ilə bağlı Prezident 28 dekabr tarixini ölkədə milli matəm günü elan edib”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, bu gün səhər saatlarında baş vermiş təyyarə qəzası nəticəsində 15 nəfər həlak olub, 66 nəfər xəsarət alıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan   Matəm  





Xəbər lenti