General təyyarə qəzasında həlak olub

 General təyyarə qəzasında həlak olub
  27 Dekabr 2019    Oxunub:3601
Qazaxıstanda “Bek Air” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların adları açıqlanıb.
Azvision.az xəbər verir ki, ölənlər arasında Qazaxıstan Generallar Şurasının sədri, ədliyyə general-mayoru Rustem Kaydarov da var.

Qeyd edək ki, “Bek Air” aviaşirkətinə məxsus "Fokker 100" tipli sərnişin təyyarəsi Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 15 nəfər həlak olub, 66 nəfər xəsarət alıb, onlardan 12 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: General   Təyyarə   Qəza  





Xəbər lenti