XİN: Almatıdakı qəzada ölənlər arasında azərbaycanlı yoxdur

 XİN:  Almatıdakı qəzada ölənlər arasında azərbaycanlı yoxdur
  27 Dekabr 2019    Oxunub:2926
Almatıda baş vermiş təyyarə qəzası nəticəsində ölən və xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı bizə məlumat daxil olmayıb.
Bunu Azvision.az -a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

"Ölkəmizin Qazaxıstandakı səfirliyinin verdiyi məlumata əsasən, Almatıda baş vermiş təyyarə qəzası nəticəsində xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı hələ ki, məlumat daxil olmayıb", - deyə XİN rəsmisi bildirib.

Qeyd edək ki, Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Almatı aeroportu yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 34 nəfər yaralanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Almatı   Təyyarə   Qəza  





Xəbər lenti