Qazaxıstanda təyyarə qəzası: 15 nəfər ölüb (VİDEO)

Qazaxıstanda təyyarə qəzası:  15 nəfər ölüb (VİDEO)
  27 Dekabr 2019    Oxunub:8499
Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Almatı aeroportu yaxınlığında qəzaya uğrayıb.

Azvision.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər həlak olub, 30-dan çox insan yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib. Onlardan bəzilərinin ağır vəziyyətdə olduğu bildirilir.
95 sərnişin və 5 ekipaj üzvünün olduğu təyyarə Almatıdan Nur-Sultan istiqamətində uçurmuş. Hadisənin baş vermə səbəbi məlum deyil. Araşdırmalar davam edir.



Azvision.az



Teqlər: Qazaxıstan   Təyyarə   Qəza  





Xəbər lenti