Tbilisiyə gedən avtobus qəzaya düşdü: Ölən və yaralılar var

Tbilisiyə gedən avtobus qəzaya düşdü:    Ölən və yaralılar var
  27 Dekabr 2019    Oxunub:3335
Moskvadan Tbilisyə gedən sərnişin avtobusu qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Stanovlyanski rayonu ərazisində baş verib. Qəza nəticəsində iki nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.

Hadisə zamanı avtobusda 19 sərnişin olub. Onların hamısı Gürcüstan vətəndaşlarıdır. . Qəzaya səbəb kimi yolun sürüşkən olduğu göstərilir. Hazıırda faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Avtobus   Qəza   Tbilisi  





Xəbər lenti