İraq Prezidenti istefa verdi

 İraq Prezidenti istefa verdi
  26 Dekabr 2019    Oxunub:3065
İraq Prezidenti Barham Ahmed Salih istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə İraqın "əl-Mayadeen" kanalı məlumat yayıb. Bildirilib ki, Prezident istefası ilə bağlı parlamentə müraciət edib.

Deputatlara müraciətində Saleh qeyd edib ki, onun fikrincə, siyasi və parlament fəaliyyəti xalqın ən ali maraqlarına cavab verməlidir. İraq prezidenti son dərəcə çətin siyasi vəziyyətdə, tərəflərin yeni Baş Nazirlə bağlı razılığa gələ bilməməsi şəraitində istefa məktubunu təqdim edib.

Qeyd edək ki, İraqın sayca 8-ci Prezidenti seçilən Barham Ahmed Salih 2018-ci ilin oktyabrından ölkə rəhbəri olub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İraq  





Xəbər lenti