İrəvanda əməliyyat, polislər xəstəxanalıq oldu

İrəvanda əməliyyat, polislər xəstəxanalıq oldu
  26 Dekabr 2019    Oxunub:2288
İrəvanda polis və müstəntiqlər oğru dəstəsinin tutulması üçün əməliyyat keçirib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, həmin dəstə bir sıra evlərdə soyğunçuluq törədib.

Məlumata görə, tutulma zamanı onlardan biri qaz spreyindən istifadə edib, nəticədə polis əməkdaşları Arutyun Qevorkyan və Sergey Basoyanın sağlamlığına zərər dəyib. Polislər oftalmoloji mərkəzə çatdırılıblar.

Saxlanılan şəxslər bir sıra mənzillərdən oğurluq ediblər. Axtarışlar zamanı oğurlanmış əşyalar, həmçinin çox sayda açar və kilidləri sındırmaq üçün xüsusi vasitələr tapılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İrəvan   Əməliyyat  





Xəbər lenti