Putin 5 generalı işdən çıxardı

 Putin 5 generalı işdən çıxardı
  26 Dekabr 2019    Oxunub:3775
Rusiya Prezidenti Vladimir Putin bir neçə generalı tutduğu vəzifədən azad edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, Rusiya lideri bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskva Metropolitenində Baş İdarəsinin rəisi general Nikolay Savçenko, DİN-in Krasnodar diyarı üzrə Baş İdarəsinin rəis müavini, daxili xidmət general-mayoru Vyaçeslav Bolqov, DİN-in Voronej vilayəti üzrə Baş İdarəsinin müavini, ədliyyə general-mayoru Vyaçeslav Vorontsov, DİN-in Kriminalistika Baş İdarəsinin rəis müavini general-mayor Sergey Ryabov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sankt-Peterburq Universiteti üzrə rəhbəri, daxili xidmət general-leytenantı Eduard Çijikov işdən çıxarılıb.

Azvision.az


Teqlər: Rusiya   Putin   General  





Xəbər lenti