Türkiyədən Gürcüstana hərbi dəstək - 100 milyon ayrıldı

  25 Dekabr 2019    Oxunub : 1604
 Türkiyədən Gürcüstana hərbi dəstək - 100 milyon ayrıldı
Türkiyə hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində Gürcüstanın Müdafiə Nazirliyinə 100 milyon türk lirəsi (təxminən 17 milyon dollar) qrant ayırıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün Müdafiə naziri İrakli Qaribaşvili ilə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar arasında danışıqlar aparılıb. Paytaxt Ankarada baş tutan danışıqlardan sonra Gürcüstan və Türkiyə hökumətləri arasında maliyyə ayrılması nəzərdə tutulan hərbi əməkdaşlıq sazişi imzalanıb.

Qaribaşvili həmkarına Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə təşəkkür edib, eyni zamanda Gürcüstanın NATO-ya inteqrasiya prosesində Türkiyənin rolunu yüksək qiymətləndirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Gürcüstan