Gəncədə avtomobil ağaca çırpılıb

Gəncədə avtomobil ağaca çırpılıb
  19 Dekabr 2013    Oxunub:1047
Gəncə şəhərində yol qəzası baş verib.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə çərşənbə günü saat 21.02 radələrində Təbriz küçəsində qeydə alınıb.

Gəncə sakini İntiqam Babayevin idarə etdiyi "VAZ 21 04" markalı avtomobil yoldan çıxaraq, iri gövdəli ağaca çırpılıb.

Nəticədə sürücü və 2 sərnişin xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gənə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.


Teqlər:  





Xəbər lenti