Sarkisyan partiyasını topladı, Qarabağ müzakirə edildi

Sarkisyan partiyasını topladı, Qarabağ müzakirə edildi
  24 Dekabr 2019    Oxunub:3001
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası 2020-ci ilə aparıcı siyasi qüvvələrdən biri kimi daxil olur.

Azvision.az xəbər verir ki, bu barədə partiyanın sədr müavini Armen Aşotyan bildirib. Onun sözlərinə görə, Sarkisyanın iştirakı ilə respublikaçılar ilin yekunlarına dair iclas keçiriblər.
“İclasda 2019-cu ildə Ermənistandakı daxili siyasi, sosial-iqtisadi və xarici siyasət prosesləri qiymətləndirilib. Həmçinin, Qarabağ münaqişəsinin həlli ətrafında son hadisələr və problemlər də daxil olmaqla, regional gündəliyə və təhlükəsizlik məsələlərinə baxılıb. Respublika partiyası 2020-ci ilə Ermənistanda ideologiyası milli dəyərlərə və dövlət maraqlarına söykənən aparıcı siyasi qüvvələrdən biri kimi daxil olur", - deyə Aşotyan qeyd edib.

Xatırladaq ki, dekabrın 4-də Ermənistanın Xüsusi İstintaq Xidməti keçmiş prezident Serj Sarkisyana qarşı külli miqdarda mənimsəmə ittihamı irəli sürüb. Sabiq prezident 2013-cü ilin yanvarın 25-dən fevralın 7-dək 489 milyon dram (1 milyon dollardan çox) vəsaiti mənimsəməkdə ittiham olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti