Bərdədə silah alverçisi tutuldu

Bərdədə silah alverçisi tutuldu
  19 Dekabr 2013    Oxunub:5183
Bərdə rayon sakini odlu silah və vasitələrini satarkən tutulub.
Baş Cinayət-Axtarış İdarəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Qafqaz Bədəlov 1 “AKSU” markalı silahı, 27 patronu və 1 ədəd patron darağını satarkən tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, həmin silah və sursatı Q.Bədəlova verən Tərtər rayon sakini İsa Hüseynov da yaxalanıb.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar davam edir.


Teqlər:





Xəbər lenti