Gün ərzində 57 cinayət faktı

Gün ərzində 57 cinayət faktı
  19 Dekabr 2013    Oxunub:1070
AzVision.az xəbər verir ki, dekabrın 17-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 57 cinayət faktından 26-nın üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 3 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölmüş, 4 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 24 nəfər tutulub.


Teqlər:





Xəbər lenti