Özbəkistanda parlament seçkiləri başa çatıb - Yenilənib

Özbəkistanda parlament seçkiləri başa çatıb -  Yenilənib
  23 Dekabr 2019    Oxunub:3965
Bu gün Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasına seçkilər keçirilib.
Azvision.az xəbər verir ki, ölkə üzrə seçici fəallığı 71,1% təşkil edib. Seçki prosesi zamanı ciddi qanun pozuntusu aşkar edilmədiyi bildirilir.

Parlament seçkilərinin ilkin nəticələri dekabrın 23-də elan olunacaq.

Qeyd edək ki, səsvermə ilə əlaqədar 10260 seçki məntəqəsi yaradılıb. Seçki məntəqələrinin 55-i dünyanın 36 ölkəsində fəaliyyət göstərib.Ümumilikdə seçki siyahılarına 20,5 milyon seçicinin adı salınıb.

Xatırladaq ki, Özbəkistanda 150 deputat mandatı uğrunda 750 namizəd mübarizə aparır.

Azvision.az



Teqlər: Özbəkistan   Seçki  





Xəbər lenti