Sarkisyanın qardaşı oğlu İrəvana təhvil verildi - VİDEO

Sarkisyanın qardaşı oğlu İrəvana təhvil verildi -  VİDEO
  21 Dekabr 2019    Oxunub:3786
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan Praqa Şəhər Məhkəməsinin qərarı ilə İrəvana ekstradisiya olunub.
Azvision.az xəbər verir ki, N.Sarkisyan polisin müşayiəti ilə Çexiyadan Ermənistana gətirilib.

Qeyd edək ki, Narek Sarkisyan dekabrın 6-da Praqa şəhərində həbs olunub. O, qanunsuz silah, döyüş sursatı, partlayıcı maddələr və narkotik maddə saxlamaqda ittiham edilərək barəsində cinayət işi açılıb.



Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan   Ekstradisiya  





Xəbər lenti