“Andlılar məhkəməsi” müzakirə olunub

“Andlılar məhkəməsi” müzakirə olunub
  18 Dekabr 2013    Oxunub:1774
“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi dekabrın 18-də “Andlılar məhkəməsi - Azərbaycan təcrübəsində ” adlı dəyirmi masa keçirilib. Birlikdən verilən məlumata görə, tədbirdə “Andlılar məhkəməsi beynəlxalq təcrübə- Azərbaycan” adlı kitabın təqdimatı da keçirilib.
Tədbiri açan birlik sədri Vüsalə Hüseynli bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra həyatımıza daxil olan bir sıra yenilklər içində “Andlılar Məhkəməsi də var. Bu gün Azərbaycan qanunvericiliyində Andlı məhkəmələri ilə bağlı məsələyə yer alsa da, hələ ki, bu məhkəmənin yaranması ilə bağlı heç bir real addım atılmayıb”.

V. Hüseynli bildirib ki, hazırda bu məhkəmənin yaranması ilə bağlı istər vətəndaş cəmiyyəti, istərsədə adiyyatlı qurumlar, beynəlxalq təəcrübəni öyrənməklə məşğuldurlar.

Sonra Azərbaycan Hüquqşünaslar Konfederasiyasının nümayəndəsi, Ramil İskəndərli “Andlı məhkəmələri beynəlxalq təcrübədə” adlı məruzə ilə çıxış edib. Ekspert bildirib ki, bu gün təmsil olunduğu qurum Andlı Məhkəmələri ilə bağlı bir sıra ölkələrin təəccrübəsi ilə tanış olmaq məqsədilə bu ölkələrə səfər edib, beynəlxalq miqyaslı ekspertlərlə müzakirələr aparırlar: “Hazırda Andlı Məhkəmələrinin uğurlu fəaliyyətdə olduğu ölkələr sırasında ABŞ təcrübəsi öndə gəlir. Ancaq düşünürük ki, digər ölkələrin təəccrübəsində də nəzər salınmalıdır. Bu sıradan Azərbaycanın qonşuları olan Rusiya və Gürcüstan təəccrübəsini qeyd etmək olar”.

Ekspert bildirib ki, prosesin asta getməsinə rəğmən Azərbaycanda bu məhkəmənin fəaliyyətə başlayacağı realdır. Çünki bu məhkəmənin yaranması təşəbbüskarı qismində bir başa Azərbaycan dövləti özü çıxış edib və qanunvericilkdə bu məhkəmələrin yaranması ilə maddələr yer alıb”.

Sonra İctimaiyyətə “Andlılar Məhkəməsi beynəlxalq təəcrübə və Azərbaycan” kitabı təqdim olunub. Kitabda 30-a yaxın ölkənin andlı məhkəmələri ilə bağlı təcrübəsi, təkminləşmə dövrü, qanunvericiliyi barədə məlumatlar əks olunub.

Müzakirələr zamanı, Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı Rəsul Abbasov, Azərbaycan Konstitutsiya Məhkəməsinin nümayəndəsi Rüstəm Səlimov, Naxçıvan MR Ali Məhkəməsinin nümayəndəsi Abdulla Quliyev və digər ictimaiyyət nümayəndələri fikirlərini bölüşüblər.


Teqlər:





Xəbər lenti