İrəvanda yenidən etiraz aksiyası keçirilib

 İrəvanda yenidən etiraz aksiyası keçirilib
  20 Dekabr 2019    Oxunub:2413
Ermənistanda “Nairit” zavodunun əməkdaşları ölkə parlamentinin binası qarşısında etiraz aksiyası keçiriblər.
Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, onlar “zavod yenidən işə düşməli və satışa çıxarılmamalıdır” tələbini səsləndiriblər. Etirazçılar Ermənistan hakimiyyətini fəaliyyətsizlikdə ittiham ediblər.

Tanınmış aktivist Vahan Çaxalyan etirazçılara qoşulub və məsələnin parlamentə çıxarılmasına nail olacağını deyib.

Qeyd edək ki, “Nairit” sovet Ermənistanının əsas kimyəvi zavodu olub, indi isə iflas mərhələsindədir və kreditorların əksəriyyəti özəl deyil, dövlət müəssisələridir. Kreditorlar Şurasının tərkibinə Maliyyə Nazirliyinin, Ərazi İdarəetmə Nazirliyinin, Dövlət Gəlirlər Komitəsinin, İrəvan İstilik Elektrik Stansiyasının və yalnız bir özəl müəssisənin – “Qazprom Ermənistan”ın nümayəndələri daxildir.

Zavod işçiləri ödənilməmiş əmək haqlarını tələb edilər. Eyni zamanda zavodun vergi borcları da yığılıb. Lakin hökumət borcları silməkdən imtina edir. Hakimiyyət isə əmlakı satmaqla borcun ödənilməsində maraqlıdır.

Xatırladaq ki, 2007-ci ildə Ermənistan hakimiyyəti zavodu “Rhinoville Property Ltd”yə satıb. Şirkət nəinki istehsalı inkişaf etdirməyə başlamadı, həm də MDB Dövlətlərarası Bankından kredit götürdü və onu bağlaya bilmədi. Nəticədə zavod müflis elan edildi və daha sonra dövlətə qaytarıldı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Aksiya   Etiraz  





Xəbər lenti