Ermənistanda xaricə uşaq satan şəbəkə aşkar edilib

  20 Dekabr 2019    Oxunub : 1584
Ermənistanda xaricə uşaq satan şəbəkə aşkar edilib
Ermənistanda qanunsuz övladlığa götürmə ilə bağlı cinayət işi çərçivəsində üç nəfərə ittiham irəli sürülüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd edək ki, noyabrın 14-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti (DQM) 30-dan çox uşağın qanunsuz olaraq İtaliya vətəndaşlarına övladlığa verilməsini aşkarlayıb.

İlkin istintaq çərçivəsində Doğum evinin direktoru Razmik Abrahamyana uşaqları valideynlərdən qanunsuz ayırma, iki və daha çox uşağın bir qrup şəxs tərəfindən əvvəlcədən əldə edilmiş razılıq əsasında dəyişdirilməsi, sənədlərin saxtalaşdırılması və məhv edilməsi maddələri ilə irəli sürülən ittihamlar üzrə sübutlar toplanılıb.

“İrəvan Uşaq Evi" dövlət təşkilatının direktoru Abramyan Arşak və onun müavininə də eyni maddələrlə ittiham irəli sürülüb. Müstəntiqlər onlara qarşı həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət ediblər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan