Bu il yüzlərlə insanın ölümünə səbəb olan faciəvi hadisələr - FOTOLAR

Bu il yüzlərlə insanın ölümünə səbəb olan faciəvi hadisələr -  FOTOLAR
  20 Dekabr 2019    Oxunub:3223
Geridə qoymaqda olduğumuz 2019-cu ildə dünyada bir çox faciəvi hadisələr baş verib. Dəhşətli yanğınlar, partlayışlar, təyyarə və qatar qəzaları, uçqunlar nəticəsində yüzlərlə insan həlak olub, xeyli sayda insan isə yaralanıb.
Azvision.az il ərzində baş vermiş faciəvi hadisələrin xronikasını təqdim edir:



2 yanvar - Danimarkada qatar qəzasında 8 nəfər ölüb, 16- nəfər yaralanıb.



14 yanvar - İranda yük təyyarəsi qəzaya uğrayıb. Nəticədə 15 nəfər həlak olub.



18 yanvar – Meksikanın Hidalqo ştatında neft kəmərində partlayış 124 nəfərin həyatına son qoyub.



21 yanvar – Kerç boğazında iki gəmi arasında yanacaq mübadiləsi aparılarkən partlayış qeydə alınıb. Nəticədə 14 nəfər ölüb.



25 yanvar – Braziliyanın Minas Gerais ştatında dəmir filizi mədəninin çökməsi nəticəsində 212 nəfər həlak olub, 182 nəfər itkin düşüb.



20 fevral – Banqladeşin paytaxtı Dəkkədə baş verən yanğında 80-dən çox insan həlak oldu.



27 fevral - Misirin paytaxtı Qahirədə baş vermiş qatar qəzasında 27 nəfər ölüb.



4 mart – ABŞ-ın Alabama ştatında baş vermiş qasırğa nəticəsində 23 nəfər həlak olub.



16 mart – İndoneziyanın Papua əyalətində qeydə alınan sel fəlakətində 113 sakin ölüb.



22 mart – Dəclə çayında qayığın batması 103 nəfərin ölümü ilə nəticələnib.



23 mart – Çinin Jianqsu əyalətində kimya zavodunda baş verən partlayışda 78 nəfər ölüb.



30 iyul – Pakistanın Ravalpindi şəhərində hərbi təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 17 hərbçi həlak olub.



2 sentyabr – ABŞ-ın Santa Kruz adası sahillərində gəmidə yanğın olub, 34 nəfər facəvi şəkildə həyatını itirib.



12 sentyabr – Konqo Demokratik Respublikasında qatar qəzası nəticəsində 50 nəfər ölüb.



18 sentyabr - Liberiyada məktəblərdən birində baş vermiş yanğın zamanı 27 uşaq həlak olub.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Hadisə   Faciə  





Xəbər lenti