Girovların qaytarılması ilə bağlı iş aparılır - Zaxarova təsdiqlədi
Rusiya XİN rəsmisi bildirib ki, cari ilin iyun ayında Azərbaycan və Ermənistan vətəndaşları Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımı ilə ölkələrinə qayıdıblar:
"Biz bu vacib aksiyanı alqışlayırıq və bunu həbsdə olanların vəziyyətinin yaxşılaşdırılmasında ilk addım kimi görürük. Digər saxlanılanlarla bağlı da iş gedir. Əgər razılıq əldə olunsa, şübhəsiz ki, bunu dəstəkləyəcəyik".
Pərvanə Sultanova
Azvision.az