QMİ-dən Yeni il AÇIQLAMASI

QMİ-dən Yeni il AÇIQLAMASI
  18 Dekabr 2013    Oxunub:1207
Bəzi dindarların iddialarına görə, İslam peyğəmbəri Həzrəti Məhəmmədin (S.Ə.S) vəfat günü bu il 31 dekabr tarixinə, yəni Yeni il bayramına təsadüf edir. Peyğəmbərin ölüm gününün Yeni il bayramına təsadüf etməsi ilə əlaqədar radikal dini kəsim 31 dekabrın bayram kimi keçirilməsinə etiraz edir, bunun yolverilməz olduğunu bildirirlər.

Hətta sosial şəbəkələrdə “31 dekabra yox deyək” və bu kimi şüarlar səsləndirlir.

AzVision.az Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlayaraq qurumun bu iddialara münasibətini öyrənib.

QMİ-in sədr müavini Hacı Fuad Nurullah bayramın keçirilib-keçirilməməsi ilə bağlı hər hansı bir qərarın olmadığını deyib:

“Hələ ki, rəsmi bir açıqlama yoxdur. Bayramın keçirilməsinə gəlincə, bayram bayramdır, xalqımızın adət ənənəsidir, xalq hər il bayramı keçirir. Bu fikirlər də onların şəxsi fikirləridir. Mən nə deyə bilərəm, deyəcəm hərə bir cür qarşılayacaq”-deyə QMİ rəsmisi vurğulayıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti