Bu gün Trampın impiçmenti ilə bağlı səsvermə keçiriləcək

Bu gün Trampın impiçmenti ilə bağlı səsvermə keçiriləcək
  18 Dekabr 2019    Oxunub:3748
Bu gün ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı səsvermə keçiriləcək.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ermənipərəst mövqeyi ilə tanınan ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib. O, müzakirələrin dekabrın 18-də baş tutacağını deyib.
Pelosinin sözlərinə görə, Konstitusiyanın verdiyi ən vacib səlahiyyətlərdən biri gerçəkləşəcək. N,Pelosi əlavə edib ki, Nümayəndələr Palatası Trampın impiçmenti ilə bağlı iki maddənin təsdiqlənməsinə səs verəcək.

Konqresmen daha əvvəl bildirib ki, Ağ Evin Trampın impiçment prosedurunda iştirakdan imtina etməsi araşdırmaya maneə və demokratiyaya xəyanət kimi qiymətləndiriləcək.

Xatırladaq ki, Ağ Ev ABŞ Konqresinin Nümayəndələr Palatasına məktub göndərərək, impiçment prosedurunun başlamasına səbəb olmuş araşdırmanın heç bir hüquqi əsası olmadığını bəyan edib.

Nümayəndələr Palatası Trampa qarşı sentyabrın 25-dən impiçmentə başlayıb. Buna səbəb onun Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı olub. Belə ki, Demokrat Partiyanın üzvləri Trampın ukraynalı həmkarına Co Baydenin oğluna qarşı korrupsiya işi ilə bağlı istintaqı stimullaşdırması üçün təzyiq göstərdiyini sübut etmək istəyirlər. Eyni zamanda, Bayden Trampın 2020-ci ildə keçiriləcək seçkilərində ən perspektivli rəqibi hesab olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti