Sabiq prezident qətldə ittiham olunur

 Sabiq prezident qətldə ittiham olunur
  13 Dekabr 2019    Oxunub:1819
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə xüsusi ağır cinayətlər, o cümlədən qətl ittihamı irəli sürülüb.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan Baş Prokurorluğunun nümayəndəsi Zamir Beyşekev məlumat verib.

Onun sözlərinə görə, Qırğızıstanın sabiq dövlət başçısı Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin "Alfa" xüsusi təyinatlı qüvvələrinin komandirinin müavini Usenbek Niyazbekova sui-qəsddə ittiham olunur. İstintaq məlumatına əsasən, Niyazbekova "Draqunov" snayper tüfəngindən atəş açılıb.

Atambayevin vəkili isə bildirib ki, “Alfa” əməkdaşları komitə rəhbərliyinin cinayət əmri yerinə yetiriblər.

Qətldən əlavə, Atambayev iğtişaşlar təşkil etmək, girov götürmək və dövlət məmuruna qarşı zor tətbiq etməkdə ittiham olunur. Keçmiş dövlət başçısı ömürlük həbs cəzasına məhkum edilə bilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Atambayev  





Xəbər lenti