Tramp Consonu təbrik etdi: “Böyük qələbədir”

 Tramp Consonu təbrik etdi:  “Böyük qələbədir”
  13 Dekabr 2019    Oxunub:2705
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Boris Consonu parlament seçkilərindəki qələbə münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə Tramp "Twitter” hesabında yazıb.

“Bu, Boris və Böyük Britaniya üçün böyük qələbədir”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, ötən gün Böyük Britaniya parlamentinə növbədənkənar seçkilər keçirilib. İlkin nəticələr Mühafizəkarlar Partiyasının öndə olduğunu göstərir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp   Conson  





Xəbər lenti