Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  17 Dekabr 2013    Oxunub:1214
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın , gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda isə hava şəraitinin gündüz əsasən yağmursuz olacağı gözlənilir.Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi yerlərdə 5 dərəcə isti olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti