Kollecdə yanğın zamanı ölənlərin sayı 10-a çatıb

  08 Dekabr 2019    Oxunub : 1169
Kollecdə yanğın zamanı ölənlərin sayı 10-a çatıb
Odessada kollecdə baş vermiş yanğın nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, dağıntılar altından daha 2 nəfərin cəsədi çıxarılıb. Bununla da ölənlərin sayı 10-a çatıb.

Hazırda onların kimliyi dəqiqləşdirilir. Daha 6 nəfərin taleyi naməlum olaraq qalır.

Azvision.az

Teqlər: Odessa