İntiharın qarşısı alındı

İntiharın qarşısı alındı
  17 Dekabr 2013    Oxunub:1240
Bakıda 41 yaşlı qadın intihara cəhd edib.
Bakıda 41 yaşlı qadın intihara cəhd edib. AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə “Tağıyev MMC” şirkәtinin ofisindә olub.

1972-ci il təvəllüdlü Tağıyeva Pәrvanә Vaqif qızı intihara cәhddәn öncə mәktub qoyub. Mәktubda o, ailәsinә bunu yazıb: “Mәni bağışlayın, oyuna gәldim”.

Qadın iki övladını yaxınlarına әmanәt etdiyini yazıb. Sonra isә ofisin qapısını bağlayaraq, stәkan qırığı ilә qollarını kәsib.

FHN Xüsusi Riskli Xilasetmә Xidmәtinin əmәkdaşları qapını sındıraraq içәri daxil olub. Qadın huşsuz vәziyyәtdә tapılıb. Hadisә yerinә polis әmәkdaşları vә tәcili yardım briqadası çağırılıb.

Qadına ilkin tibbi yardım göstәrilib. Vәziyyәti sabitdir.


Teqlər:





Xəbər lenti