Gəncədə yol qəzası baş verib

Gəncədə yol qəzası baş verib
  16 Dekabr 2013    Oxunub:1318
Gəncənin Heydər Əliyev prospektində yol qəzası baş verib.
AzVision.az Kəpəz TV-ə istinadən xəbər verir ki, hadisə bazar günü saat 21:00 radələrində baş verib. Xəyal Əliyev idarə etdiyi VAZ 2107 markalı avtomobillə hərəkət edərkən idarə etməni itirib və yolun solunda dayanan Tovuz rayonun Qovlar şəhər sakini Fərid Rzayevin VAZ 2106 markalı avtomobilinə vurub.

Hadisə şahidlərinin sözlərinə görə Xəyal Əliyev yüksək sürətlə hərəkət edib. Xəsarət alan olmasa hər iki maşına ciddi ziyan dəyib.

Faktla bağlı Gəncə şəhər Dövlət Yol Polis idarəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti