`Avropa Gənclər Paytaxtı`nda ilk beynəlxalq tədbir

`Avropa Gənclər Paytaxtı`nda ilk beynəlxalq tədbir
  14 Dekabr 2013    Oxunub:1252
“Avropa Gənclər Paytaxtı -2016” müsabiqəsinin qalibi olan Gəncədə ilk beynəlxalq tədbir keçirildi.
AzVision.az xəbər verir ki, “Avropa Gənclər Paytaxtı 2016” müsabiqəsinin qalibi olan Gəncədə ilk beynəlxalq tədbir keçirildi.

Polşa, Rumıniya, İtaliya, Ukrayna, Gürcüstan, İspaniya, Niderland, Bolqarıstan və Türkiyədən 65 gəncin iştirak etdiyi toplantını şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq Azərbaycanın bu qədim şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsinə dəstək olan ölkələrə və şirkətlərə minnətdarlığını bildirərək, 2016-cı ilədək görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Bildirildi ki, Niderlandın Rotterdam, İtaliyanın Turin, Belçikanın Antverpen, Portuqaliyanın Braqa, Sloveniyanın Maribor, Yunanıstanın Saloniki və Rumıniyanın Cluj Napoka şəhərlərindən sonra Gəncənin Avropanın Gənclər Paytaxtı seçilməsi bütün Azərbaycan gənclərinin qələbəsidir. Gəncə müsabiqənin tarixində ilk dəfə olaraq Qafqaz regionundan yeganə şəhər kimi qalib adını qazanıb.

Gənclərə daim dəstək olan, onların ictimai fəallığının artırılması sahəsində uğurlu addımlar atan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirən tədbir iştirakçıları müsabiqədə həm də ölkələrin potensialına diqqət yetirildiyini qeyd etdilər.

Sonra 2016-cı ilədək görüləcək işlərlə əlaqədar təşkilat komitəsi yaradılmış və tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən, gənclərlə birgə həyata keçiriləcək təhsil, məşğulluq, könüllülük, sosial rifah və sair məsələlərlə bağlı iştirakçıların arzu və təklifləri dinlənilib.

Avropa ölkələrinin təmsilçiləri çıxışlarında Qafqazda ilk dəfə Azərbaycan şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsini əlamətdar hadisə adlandırmış və bu hadisənin yeni əlaqələrin yaradılmasında, eləcə də əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağını bildirdi.

Tədbir çərçivəsində Avropa ölkələrinin gəncləri Gəncənin görməli yerlərini gəzəcək, tarixi abidələrə baxacaq və bir sıra tədbirlərdə iştirak edəcək.


Teqlər:





Xəbər lenti