“Paşinyan hakimiyyəti ABŞ-ın qrantları ilə qidalanır” - Koçaryan

 “Paşinyan hakimiyyəti ABŞ-ın qrantları ilə qidalanır” -  Koçaryan
  08 Noyabr 2019    Oxunub:2399
“Siyasi subyektivliyi olmayan bir necə texnokrat nazir istisna olmaqla, hökumət və parlament çoxluğunun əsasını ABŞ-ın qrantları ilə qidalanan insanlar təşkil edir”.

Azvision.az xəbər verir ki, bunu “Sputnik-Ermənistan”a müsahibəsində Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib. O bildirib ki, hakimiyyətə media dəstəyini yalnız qərbyönümlü KİV verir, ön sırada isə "Azadlıq" radiosu (Azatutyun) gəlir.
“Bütün hökumətyönümlü partiyalar, siyasətçilər və qeyri-hökumət təşkilatları açıq şəkildə anti-Rusiya yönümlüdürlər və ümumiyyətlə Qərbdən maliyyə alırlar.

Baş nazir Nikol Paşinyan və terrorçu “nüfuzu” olan bir partiya (2016-cı ilin yayında Ermənistanda polisi alayını ələ keçirən eyni silahlı qrupun üzvləri tərəfindən qurulmuş Sasna Tsrer partiyasını nəzərdə tutur -red) Rusiya hərbi bazasının Ermənistandan dərhal çıxarılmasını fəal şəkildə dəstəkləyir.

Faktiki olaraq, baş naziri dəstəkləyən bütün siyasi baza açıq şəkildə qərbyönümlüdür. Digər tərəfdən, Rusiya ilə əməkdaşlığı dəstəkləyən partiyalar və siyasətçilər hazırkı hökuməti dəstəkləmir və tamamilə etibar etmirlər.

Hər kəs inanır ki, Rusiyanın enerji mənbələrindən və bazardan asılılıqla üzləşən hakimiyyətin qərbyönümlü siyasi görüşləri merkantil praqmatizmə çevrilir”,- deyə həbsdə olan Koçaryan bildirib.

Onun sözlərinə görə, mənzərə həqiqətən paradoksaldır və hakim elitanın "geosiyasi parçalanması"nın nə qədər davam etməsi mövcud şəraitdən asılı olacaq.

Koçaryan hesab edir ki, Ermənistan konseptual inkişaf proqramları olmadan bir günlük qayğı, boş şüarlar, məhv olmuş xarici siyasətlə yaşayır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti