Qənirə Paşayeva: Birinci Xanıma təşəkkür edirik

Qənirə Paşayeva: Birinci Xanıma təşəkkür edirik
  13 Dekabr 2013    Oxunub:1765
AzVision.az xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva Türkiyədə Xalq Artisti Rafiq Hüseynovu ziyarət edib. Öz `facebook` səhifəsində aparıcının səhhətinin yaxşı olduğunu qeyd edən xanım, Rafiq Hüseynovun bütün müalicə xərclərini öz üzərinə götürən birinci xanım Mehriban Əliyevaya təşəkkür edib. Millət vəkilinin görüş təəsüratın olduğu kimi təqdim edirik.

"Ötən axşam bacım Kəmalə ilə birlikdə dəyərli jurnalist, aparıcı, Xalq Artistimiz Rafiq Hüseynovu İstanbulda əməliyyat olunduğu Florens Naytingayl xəstəxanasında ziyaret edib və xeyli söhbət etdik. Rafiq müəllimin ağciyərində aparılan əməliyyatı çox şükr uğurlu keçib və biz ziyarət edəndə narkozdan cəmi bir az əvvəl ayılmasına baxmayaraq əhval-ruhiyyəsi çox yaxşı idi və bu cür əhval-ruhiyyə Rafiq müəllimin yenidən sağlamlığina qovuşması üçün bu çox önəmlidir. Rafiq müəllim, gözəl xanımı və qızı ilə gözəl söhbətlər etdik. Jurnalistikadan sənətə, qızının çəkdiyi gözəl rəsmlərə qədər... İnanırıq ki, Allahın yardımı ilə Rafq müəllim qısa zamanda sağlamlığına tam qovuşacaq və yaxın günlərdə yenidən sevənləri ilə bir arada gözəl işlər həyata keçirəcək, gözəl qızının necə-necə rəsm sərgilərində bir ata kimi qürur keçirəcək və hələ uzun illər sevənlərini öz yaradıcılığı ilə sevindirməkdə davam edəcək. Rafiq müəllimin əməliyyatını və bütün müalicə xərclərini öz üzərinə götürən ölkəmizin Birinci Xanımı, dəyərli Mehriban xanıma təşəkkür edirik ki, belə bir nəcib addım ataraq Rafiq müəllimə dəstək olub. Mənə elə gəlir ki, onun bu addımı cəmiyyətdə bir çox insanlar üçün gözəl bir örnəkdir.


Teqlər:  





Xəbər lenti