Moskvada XI Beynəlxalq Müsəlman Forumu keçirildi

Moskvada XI Beynəlxalq Müsəlman Forumu keçirildi
  10 Dekabr 2013    Oxunub:1250
AzVision.az xəbər verir ki, dekabrın 9-da Moskvada XI Beynəlxalq Müsəlman Forumu və VI Beynəlxalq İslam Təhsil Konfransı keçirilib. Azərbaycanı tədbirdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Forumda müsəlman gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların vətəndaş cəmiyyətinin inkişafı dövründə sosial həyata cəlb edilməsi, Rusiyada islam ruhani məktəbinin bərpa edilməsi və digər məsələlərə toxunulub.

Rusiya Müftilər Şurasının sədri Şeyx Ravil Qaynutdin forum iştirakçılarına müraciətində bildirmişdir ki, müasir dövrdə gənclərin keyfiyyətli təhsil alması, onların enerjisindən və yaradıcılıq potensialından düzgün istifadə olunması vacib məsələdir. O həmçinin MDB ölkələrindən və Şimali Qafqazdan Rusiya ərazisinə gələn miqrantların əmək fəaliyyətinin leqallaşdırılmasının, eyni zamanda, müsəlman ölkələrindən olan gənclərin də cəmiyyətdə özlərini layiqli aparmasının, qanunlara riayət etməsinin, nəzakətli və hörmətcil olmasının vacibliyini diqqətə çatdırmışdır. Ravil Qaynutdin vurğulamışdır ki, müasir dövrdə müsəlman mədəniyyət mərkəzlərinin yaradılması aktual məsələdir. Bu cür mərkəzlər, hakimiyyət, biznes, ictimai təşkilatların nümayəndələrinin, alimlərin və müəllimlərin əməkdaşlıq məkanına çevrilə bilər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini müfti Salman Musayev forumun açılışında çıxış edərək, dini təhsilin keyfiyyətinin yaxşılaşdırılması, ruhani məktəblərində tədris metodlarının yeni formalarının axtarılması məsələlərinə toxunub.

Forumda MDB ölkələrinin, Estoniya, Litva, Finlandiya Səudiyyə Ərəbistanı və digər dövlətlərin din xadimləri iştirak ediblər.


Teqlər:





Xəbər lenti