Dəhşətli qəzanın təfərrüatları

Dəhşətli qəzanın təfərrüatları
  08 Dekabr 2013    Oxunub:1241
4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın təfərrüatları.
Ötən gecə Bakıda baş verən dəhşətli yol qəzası ilə bağlı bəzi məlumatlar məlum olub.

AzVision.az APA- ya istinadən xəbər verir ki, dəhşətli qəza nəticəsində dörd nəfər dünyasını dəyişib. Onların şəxsiyyəti hələlik dəqiqləşməyib. Yük maşınının sürücüsü Bəhruz Abbasov hadisə ilə bağlı danışarkən deyib ki, hələ tuneldə olarkən Nəqliyyat Nazirliyinə məxsus olduğu ehtimal edilən avtomobil ona dayanmaq əmri verib: “Tuneli çıxana kimi saxlatdı, saxlamadım. Buradaartıq məcbur qalıb, saxladım. Çünki maşını mənim maşınımın qabağına verdi. Qabağıma verib saxlatdı. Mən də məcbur, qəza işıqlarını yandırdım, mühərriki söndürdüm, pəncərələri bağlayıb, aşağı düşdüm. Onlara yaxınlaşdım, soruşdular ki, maşın harada qeydiyyatdadır, mən də dedim ki, filan postda qeydiyyatdadır. Dedi ki, gəl, aydınlaşdıraq. Bu anda həmin hadisə baş verdi”.

Hadisəni Yasamal rayonunun hüquq-mühafizə orqanları araşdırırlar.


Teqlər:





Xəbər lenti