Şəhriyar Məmmədyarov heç-heçə etdi

Şəhriyar Məmmədyarov heç-heçə etdi
  15 Sentyabr 2019    Oxunub:2022
Sentyabrın 14-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin otuzikidəbir final mərhələsində cavab görüşləri oynanılıb.
Azvision.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ikinci turda özbəkistanlı Rüstəm Qasımcanovla heç-heçə oynayıb. O, ilk turda rəqibi üzərində qələbə qazandığına görə onaltıdabir mərhələyə vəsiqəni təmin edib.

Digər şahmatçılarımız Teymur Rəcəbov rusiyalı Sənan Syugirovla, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezlə xalları yarı bölüb. Eltac Səfərli isə hindistanlı Sarin Nihala birinci görüşdə məğlub olmasına baxmayaraq, ikinci partiyada rəqibini üstələyərək hesabı bərabərləşdirib. Hər üç şahmatçımız sentyabrın 15-də tay-breykdə mübarizə aparacaq.

Azvision.az



Teqlər: Şahmat   Şəhriyar-Məmmədyarov  





Xəbər lenti