Baqajda Rusiyaya keçmək istəyən azərbaycanlı tutuldu

Baqajda Rusiyaya keçmək istəyən azərbaycanlı tutuldu
  07 Dekabr 2013    Oxunub:1174
Rusiyada avtomobilin yük yerində sərhədi keçmək istəyən azərbaycanlı saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə Çelyabinsk vilayətinin Troiçkovo rayon məhkəməsinin mətbuat xidməti bu gün məlumat yayıb.

Azərbaycan vətəndaşı qeyri-qanuni yolla sərhədi keçərək Rusiyaya getmək üçün Rusiya vətəndaşları ilə razılaşıb. İki nəfər Rusiya vətəndaşı onu maşının yük yerində Uy çayı üzərindəki keçiddən sərhəddi keçirməyə cəhd edib. Lakin sərhədçilər tərəfindən işin üstü açılıb.

Qeyri-qanuni miqrasiya təşkil etməyə görə hər iki Rusiya vətəndaşına əmək haqqının 10%-i dövlətin xeyrinə tutulmaqla 6 ay islah işləri cəzası verilib. Hər iki şəxs təqsirini boynuna alıb.


Teqlər:





Xəbər lenti