Azərbaycan millisi Hollandiyaya uduzdu

  25 Avqust 2019    Oxunub : 781
Azərbaycan millisi Hollandiyaya uduzdu
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ikinci oyununu keçirib.
Azvision.az xəbər verir ki, Covanni Kapraranın rəhbərlik etdiyi komanda Hollandiya yığması ilə qarşılaşıb. Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan görüş hollandların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk matçda Xorvatiya komandasını 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15) hesabı ilə məğlub edib.

Azvision.az

Teqlər: Voleybol   Milli