APOEL "Ayaks"a uduzmadı - 3 oyunda 2 qol

APOEL "Ayaks"a uduzmadı -    3 oyunda 2 qol
  21 Avqust 2019    Oxunub:2062
UEFA Çempionlar Liqasının play-off mərhələsinin oyunları keçirilib.
Azvision.az xəbər verir ki, “Qarabağ”ı üçüncü təsnifat mərhələsində mübarizədən kənarlaşdıran Kiprin APOEL klubu öz meydanında Hollandiya təmsilçisi “Ayaks”ı qəbul edib. Görüş qolsuz bərabərliklə yekunlaşıb.

Digər oyunlarda Belçikanın “Brügge” klubu səfərdə LASK-ı (Avstriya), Çexiyanın “Slaviya” komandası isə Rumıniyada ÇFR-i minimal hesabla (1:0) məğlub edib.

LASK (Avstriya) – “Brügge” (Belçika) - 0:1

APOEL (Kipr) – “Ayaks” (Hollandiya) - 0:0

ÇFR (Rumıniya) – “Slaviya” (Çexiya) - 0:1


Azvision.az



Teqlər: Çempionlar-Liqası  





Xəbər lenti