Vaqif Şirinovun istefası qəbul edildi, yeni baş məşqçi axtarılır

  06 Avqust 2019    Oxunub : 1121
Vaqif Şirinovun istefası qəbul edildi, yeni baş məşqçi axtarılır
Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinovun istefa ərizəsinə baxılıb.
Azvision.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, iclasda səhhəti ilə bağlı milli komandadan ayrılmaq istəyən V.Şirinovun istəyi müsbət dəyərləndirilib. Federasiya rəhbərliyi mütəxəssisə yığma komandalardakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Artıq yeni baş məşqçi ilə danışıqlar başlayıb. Millini çalışdıracaq mütəxəssisin adı yaxın günlərdə açıqlanacaq.

V.Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunub. O, bundan əvvəl isə iki il ərzində gənclərdən ibarət millimizi çalışdırıb.

Azvision.az

Teqlər: Boks   Komanda