Rayonlara qar yağacaq - HAVA

Rayonlara qar yağacaq - HAVA
  03 Dekabr 2013    Oxunub:1198
Havanın temperaturu gecə 0-2, gündüz 6-8 dərəcə isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında dekabrın 04-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-2, gündüz 6-8 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 03-dən 04-nə keçən gecə bəzi yerlərlə hava şəraitinin yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

AzVision.az



Teqlər:  





Xəbər lenti