Ziya Babaşov güləş üzrə dünya ikincisi oldu

  03 Avqust 2019    Oxunub : 945
Ziya Babaşov güləş üzrə dünya ikincisi oldu
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.
Azvision.az xəbər verir ki, beşinci yarış günündə üç yunan-Roma güləşçimiz mübarizə aparıb.

Mübarizəyə 1/8 finaldan qoşulan Ziya Babaşov əvvəlcə yerli güləşçini məyus edib. 1/4 finalda Cənubi Afrika təmsilçisinə də göz açmağa imkan verməyən Babaşov yarımfinala yüksəlib. Bu mərhələdə hindistanlı rəqibinə gücünü göstərən Ziya adını finala yazdırıb.

Babaşov avqustun 3-də həlledici görüşə çıxıb. İranlı güləşçiylə qarşılaşmada son dəqiqədə üstünlüyü əldən verən Ziya gümüş medalı boynundan asıb.

Azvision.az

Teqlər: Güləş   Dünya-Çempionatı   Medal