Messi 3 aylıq futboldan uzaqlaşdırıldı

  03 Avqust 2019    Oxunub : 957
Messi 3 aylıq futboldan uzaqlaşdırıldı
Cənubi Amerika Futbol Konfederasiyası argentinalı ulduz futbolçu Lionel Messinin 3 ay müddətinə futboldan uzaqlaşdırılması və 50 min dollar məbləğində cərimələnməsi barədə qərar qəbul edib.
Azvision.az xəbər verir ki, buna səbəb argentinalı hücumçunun Amerika kuboku zamanı turnir və hakimlərin Braziliyaya tərəfkeşlik etməsi barədə fikirləri olub. Cənubi Amerika Futbol Konfederasiyası Messinin fikirlərini əsassız və qəbulolunmaz hesab edir.

Qeyd edək ki, Messi turnirdə Çiliyə qalib gələrək üçüncü olduqları oyunda "qırmızı vərəqə" alaraq meydandan qovulub. Mükafatlandırılma mərasiminə qatılmayan Messi təşkilatçıları və hakimləri tənqid edərək turnirin Braziliyanın qalib olması üçün hazırlandığını bəyan edib.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Argentina   Futbol   Messi