ARDNŞ-nin əməkdaşı dənizdə boğuldu

ARDNŞ-nin əməkdaşı dənizdə boğuldu
  03 Dekabr 2013    Oxunub:1287
"Neftqaztikinti” Trestinin əməkdaşı dənizdə həlak olub.
AzVision.az Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən xəbər verir ki, bu gün “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsinin “Günəşli” yatağındakı 11-ci dərin dəniz özülündə təmir işləri aparan 4-cü dərəcəli quraşdırıcısı, 1980-ci il təvəllüdlü İqor Xvatov naməlum səbəbdən dənizə düşərək ölüb.

Mərhumun meyidi dənizdən çıxarılaraq sahilə yola salınıb.

Özülə göndərilmiş xüsusi komissiya hadisənin təfərrüatlarını araşdırır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti