"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrılacaq

   "Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrılacaq
  30 İyul 2019    Oxunub:1705
“Qarabağ” klubu azarkeşlər üçün xüsusi avtobuslar ayırıb.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, iyulun 31-i saat 18:30-dan 19:45-dək 10 dəqiqəlik intervalla “Koroğlu” metrostansiyasından matçın keçiriləcəyi “Dalğa Arena”ya avtobuslar hərəkət edəcək.

“Qarabağ” loqolu avtobuslara yalnız oyun biletini ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan “Koroğlu” metrostansiyasına geri qaytaracaq.

Qeyd edək ki, "Qarabağ" sabah, saat 21:00-da Çempionlar Liqasının II təsnifat mərhələsində "Dalğa Arena"da İrlandiyanın "Dundalk" klubu ilə qarşılaşacaq.



Azvision.az


Teqlər: Qarabağ   Klub  





Xəbər lenti