Gələn ay Premyer Liqanın püşkü atılacaq

Gələn ay Premyer Liqanın püşkü atılacaq
  26 İyul 2019    Oxunub:1663
Topaz Premyer Liqasında 2019/2020-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Azvision.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, püşkatma 5 avqust tarixində AFFA-nın inzibati binasında keçiriləcək. Saat 15:00-da başlanacaq tədbirə KİV nümayəndələri dəvətlidir.

Qeyd edək ki, Topaz Premyer Liqasının yeni mövsümü 16 avqustda başlayacaq.

Azvision.az


Teqlər: PFL   Futbol   Çempionat  





Xəbər lenti